AKP və MHP konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı mətni razılaşdırıb

9-12-2016, 00:42           
AKP və MHP konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı mətni razılaşdırıb
Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə müxalif Milliyyətçi Hərəkat Partiyası (MHP) Türkiyə Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı təkliflər paketinin mətnində razılığa gəlib.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, sənəd dekabrın 9-da və ya dekabrın 10-da Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim ediləcək.

Qeyd edək ki, Türkiyədə Türkiyə Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı referendumun 2017-ci il aprelin 23-də keçiriləcəyi gözlənilir. AKP və MHP-dən olan 351 millət vəkilinin səs verməsi nəticəsində konstitusiyaya əlavə və dəyişikliklər parlamentdə qəbul ediləcək, daha sonra sənəd referendumda xalqın səsverməsinə çıxarılacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.