Osmanlı sultanının nəvəsi Türkiyədə siyasətə qatılacaq

23-12-2016, 23:45           

Osmanlı sultanı İkinci Abdulhəmidin nəvəsi nəsillərinin yenidən siyasətə qayıdacağını bəyan edib. “Hürriyət” xəbər verir ki, sultanın beşinci şəcərədən nəvəsi olan Nilhan Osmanoğlu Türkiyə və Yaxın Şərqdə baş verən prosesləri yaxından izlədiyini və ailələrindən bir nəfərin tezliklə siyasət meydanına daxil olacağını deyib.



Türkiyənin hazırki vəziyyətdən qalib çıxacağını düşünən N.Osmanoğlu prezident Rəcəb Tayyipr Ərdoğanın yanında olduqlarını əlavə edib: “Prezidentlə son görüşümüzdən sonrada ailə olaraq qəti qərara gəldik ki, onu meydanda tək qoymayaq. Ailə olaraq biz də bu siyasi proseslərin içində olacağıq. İndi ailəmizi siyasətdə kimin təmsil edəcəyini demək istəmirəm, amma onu ailəliklə müəyyənləşdirmişik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.