Türkiyə ordusu İŞİD-in gizləndiyi ən böyük məntəqəni terrorçulardan azad etdi

24-12-2016, 10:11           

Türkiyə Silahlı Qüvvələri İŞİD terrorçularının məskunlaşdığı ən hündür zirvəni fəth edib.

Ölkə.Az xəbər verir ki, bu barəd Türkiyə müdafiə naziri Fikri İşık bildirib. Onun sözlərinə görə, “Fərat Qalxanı” əməliyyatı adı altında həyata keçirilən hava əməliyyatı zamanı Suriyanın Əl- Bab bölgəsində “Xəstəxana təpəsi” adı ilə tanınan zirvə terrorçulardan təmizlənib.

“Bu mübarizə Türkiyənin şərəf işidir. Hazırda terrorçulara daha bir ağır zərbə vurmuşuq. İndi onların gizlənəcək yerləri qalmayıb. Biz bu əraziləri heç bir itki vermədən ala bilmişik”, - deyə nazir bildirib.

Qeyd edək ki, bu gün keçirilən əməliyyat zamanı İŞİD terrorçularının məskunlaşdığı bir neçə məntəqə məhv edilmişdi. Bu zaman Türkiyə ordusunun 3 əsgəri terrorçulara əsir düşüb. Fikri İşık həmin əsirlərin də azad ediləcəyi barədə açıqlama vermişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru