Ərzincan zəlzələsində məhkumlar elə bir hərəkət etdilər ki... — FOTOLAR

24-12-2016, 12:32           

1939-cu ildə Türkiyənin Ərzincan vilayətində dəhşətli zəlzələ olub. Zəlzələ nəticəsində on minlərlə adam vəfat edib. Bu dövrdə Ərzincan həbsxanasında cəzasını çəkən dustaqlar fədakarlıq göstərib və xalqa kömək ediblər.

Ölkə.Az bu gün tarixdə baş vermiş bu hadisəni oxucuları ilə bölüşəcək.

1939-cu ilin 26 dekabr tarixində Türkiyənin Erzincan vilayətində güclü yeraltı təkanlar hiss edildi. Zəlzələ nəticəsində 32 min 962 nəfər vəfat edib, 100 min nəfər yaralanıb və 116 min 720 bina dağılıb. -30 dərəcə şaxta, dağılmış binalar, şəhəri başına götürən yanğın.

Zəlzələ nəticəsində həbsxananın divarları dağılsa da, heç bir məhkum qaçmağa təşəbbüs göstərmədi. Baxmayaraq ki, zəlzələdə həyatını itirən məhkumlar da vardı.

Həmin vaxt Erzincan prokuroru işləyən İzzet Akçal məhkumları bir yerə yığaraq : “Xilasetmə işlərində köməyiniz lazımdır. Sizi azadlığa buraxıram. Aranızda yaxınlıqdakı kəndlərdən olan varsa, iki günlük gedib ailəsini görə bilər. Amma bir şərtim var. Heç kəs qaçmayacaq. Canla başla işləyəcəksiniz. İşiniz bitdikdən sonra, həbsxanaya qayıdacaqsınız” deyir.

Ölkə rəhbəri İsmet İnönü hadisədən 4-5 gün sonra zəlzələ baş verən əraziyə getmək üçün xüsusi qatarla Erzincana yola düşür. Erzincan yaxınlığında yerləşən kəndlərin birində bir məhkum qatara minmək istəyir.

İnönüyə yaxınlaşan məhkum “mən prokurora söz verdim ki qaçmayacam. Erzincana qayıdıb xilasetmə işlərində iştirak etmək istəyirəm” deyir. Bu hadisədən təsirlənən İsmet bəy məhkuma qatara minməyə icazə verir.

Məhkumlar günlərlə xilasetmə işləri ilə məşğul olaraq 1000 nəfərin həyatını xilas edirlər. İş başa çatdıqdan sonra bütün dustaqlar həbsxanaya qayıdır. 1940-cı ildə qəbul edilən qanunla Erzincan zəlzələsində xilasetmə işlərində yaxından iştirak edən bütün məhkumlar əfv edilir.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.