Türk ordusu İŞİD-in baş qərargahını partlatdı — Koalisiya qüvvələri əməliyyatı dəstəkləmədi

24-12-2016, 12:33           

Türk əsgəri Əl-Bab əməliyyatı çərçivəsində İŞİD-in baş qərargahını dağıdıb.

Ölkə.Az xəbər verir ki, əməliyyat nəticəsində qruplaşmanın bir neçə lideri də öldürülüb. Hərəkata ABŞ başda olmaq şərti ilə heç bir dövlət dəstək vermədi.

Türk əsgəri Əl-Bab əməliyyatında İŞİD-ə qarşı qurulmuş koalisiya qüvvələrindən heç bir dəstək görməyib.

ABŞ-ın PKK və PYD silahlıları ilə birlikdə başlayacağı Rakka əməliyyatını ertələməsi İŞİD-in Əl-Baba keçərək türk əsgərinə qarşı savaş açması ilə nəticələnib. ABŞ eyni zamanda Mosul əməliyyatını da dayandırıb. Bu səbəbdən İŞİD terorçuları Mosulun qərbindən Suriya ərazisinə keçib.

Türk ordusundan xəbər verilir ki, son iki gün ərzində Əl-Babda 322 terrorçu məhv edilib. Terrorçular arasında xaricilər də var.

Dünən axşam saatlarında əldə edilən kəşfiyyat məlumatlarına əsasən İŞİD terrorçularının toplantı keçirdiyi bina bombalanıb. Avia zərbələrdən xarabalığa çevrilən baş qərargahda çoxsaylı terrorçu öldürülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.