Ərdoğandan ABŞ-a əzələ nümayişi : ” Biz qlobal gücük, Əl-Babdan sonra PYD terrorçularının nəzarətindəki Münbicə girəcəyik…”

25-12-2016, 21:03           

“Əl Babda nə işimiz olduğunu soruşanlar hələ də məsələnin nə olduğunu anlayıblar . Suriyada öz istiqlal və gələcəyimiz üçün çalışırıq. Biz Suriyada bu gün varsaq güclü dövlət olduğumuza görədir . Hələ Əl-Babdan sonra Münbicə girəcəyik.”
Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan “Türkiyənin Suriyada nə işi var” deyən CHP-yə sərt cavab verib.
“”Dünyadan bizə nə” deyənlərə müraciət edirəm. Biz bu dünyada yaşayırıq. Türkiyə qlobal bir qüvvədir. Bizə bu sualı soruşanlara deyirəm ki, sizin bu parlamentdə nə işiniz var? Biz azad etdiyimiz əraziləri terrordan təmizlənmiş etibarlı bölgə elan edəcəyik. Biz yeni bir dövlət qurulmasına izn verməyəcəyik.
Birləri TV-də utanmadan, sıxılmadan “Azad Suriya Ordusu terror təşkilatıdır” deyir. Onlar müxaliflərin özüdür. Onlar torpaqlarını qoruyurlar. Onlara biz təlim keçmişik . Harada bir zülm varsa, zülmün qarşısını almaq üçün biz varıq. Bizim babalarımız Hind yarımadasına getmədimi? Bizim əcdadlarımız kefindənmi getmişdilər oralara? Biz qlobal gücük, Suriyada varıq və olacağıq” deyə Türkiyə prezidenti bildirib.
Qeyd edək ki, Münbic terror təşkilatı PKK/PYD-nin nəzarətindədir. Bu şəhərdə ABŞ-a aid hərbi birliklərin olduğu və PYD-yə təlim verdikləri də qeyd olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.