Türk generaldan qəzaya uğrayan rus təyyarəsi ilə bağlı sensasion iddia

26-12-2016, 09:21           

"Təxribat ehtimalı çox yüksəkdir. Təxminən 15 gün öncə Sibirdə rus əsgərlərini aparan təyyarə də qəzaya uğramışdı. O zaman da təxribat ehtimalları vardı".

teref.az avropa.info-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə ordusunun təqaüddə olan general polkovniki Ərdoğan Karakuş deyib.

Onun fikirincə, təyyarədə yüksək rütbəli rus zabitlərinin olması təxribat ehtimalını artırır.
"Təxribat ehtimalı yüksəkdir. Təxminən 15 gün əvvəl Sibirdə rus əsgərlərini daşıyan təyyarə qəzaya düşmüşdü. O zaman da təxribat mübahisələri vardı. Yaxın Şərqdəki hadisələr, bu hadisələrin baş verməsinə səbəb ola bilər. Qəzadan da ola bilər, ancaq təyyarənin içərisində yüksək rütbəli hərbçilərin olması şübhələri artırır" deyə Karakuş qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru