Ebru Gündeşdən əri ilə bağlı inanılmaz qərar

26-12-2016, 09:29           

Müğənni Ebru Gündeş 9 aydır ABŞ-da həbsdə olan əri Rza Zərrabın yanına uçur.

teref.az axşam.az-a istinadən bildirir ki, ərinin yanına getmədiyi üçün qınanılan Ebru gələn ilin yanvar ayında ABŞ-a uçmağı planlaşdırır.

Müğənnin ərini ziyarət etmək və aralarındakı münasibətlərin gələcəyi barədə danışmaq üçün ABŞ-a gedəcəyi bildirilir.

Qeyd edək ki, iki gün öncə cütlüyün barışmaqları ilə bağlı xəbərlər yayılıb. Məlumata əsasən, boşanmağa hazırlaşan cütlük bu qərarını dəyişib. 3 ay boyunca heç görüşməyən Ebru və Rza qısa müddət əvvəl telefon vasitəsi ilə əlaqə saxlayıb və aralarındakı problemi həll ediblər.

Rzanın ona hədiyyə verdiyi Kanlıcadakı villadan köçməyə hazırlaşan Ebru bu fikrindən də daşınıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.