500 xüsusi təyinatlı türk Əl Baba göndərildi

26-12-2016, 12:23           

Türkiyə ordusunun 500 xüsusi təyinatlısı Suriyanın Əl Bab şəhərinə göndərilib.

Axar.az xəbər verir ki, xüsusi hazırlıq görmüş hərbçilər Əl Babın şərqində yerləşən bir emalatxanada bomba yüklü avtomobil hazırlayan terrorçuları zərərsizləşdirəcək.

2015-ci ildən fəaliyyət gösətərən emalatxanada hazırda 60 bomba yüklü avtomobilin olduğu təxmin edilir.

Ayrıca, Azad Suriya Ordusu (ASO) da bölgədə hərbi əməliyyatlara hazırlıq işlərini davam etdirir. Bu məqsədlə Hələbdən təxliyə olunan 1400 ASO üzvü Əl Baba gəlib. Yaxın günlərdə bu rəqəmin 2 mini keçəcəyi gözlənilir.

Bu arada Suriyanın ən böyük hərbi hava bazası – Xüms-Kifor ətrafından rejimə aid 30 kilometrlik ərazini işğal edən İŞİD terrorçularının ələ keçirdikləri bütün silahları Əl Baba gönərdiyi iddia edilib.

Bu silahlar arasında 23 mm-lik zenit qurğu, daşınan zenit raket kompleksi (Manpads), RPG və xeyli minaatan var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.