Rusiyalı müstəntiqlər Ankarada –Səfirin qətli ilə bağlı qapalı müzakirə gedir

26-12-2016, 23:53           

Səfir Andrey Karlovun qətlə yetirilməsi ilə əlaqədar Türkiyəyə səfər edən rusiyalı müstəntiqlər Ankara Baş Prokurorunun müavini Cem İşçimenlə görüşüblər.

Görüş iki saatadək davam edib.

Görüşün təfərrüatları barədə məlumat verilmir(APA).

Xatırladaq ki, dekabrın 19-da Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən sərgidə çıxışı zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib. Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub. O, təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.