Mosulda kürd silahlıları yaponiyalı jurnalisti həbs ediblər

3-01-2017, 03:10           
Mosulda kürd silahlıları yaponiyalı jurnalisti həbs ediblər
İraqda İŞİD-lə hökumət qüvvələrinin döyüşlərini işıqlandıran yapinoyalı jurnalist Kosuke Suneoka kürd döyüşçüləri tərəfindən həbs olunub.

Virtualaz.org “Federal xəbərlər agentliyi”nə istinadən bildirir ki, bu barədə Yaponiya hökumətinin təmsilçisi Yoşihide Suqa məlumat verib.

Mənbənin sözlərinə görə, Yaponiya səfirliyi İraqdakı kürd hökumətindən jurnalistlə görüş imkanının yaradılmasını xahiş edib. Bu istiqamətdə danışıqlar aparılır.

Yaponiyanın “Kyodo News” agentliyinin stringerin onlar üçün Mosulda aparılan döyüşlərlə bağlı material hazırladığını təsdiq edib.

Jurnalistin nəyə görə həbs edilməsi məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru