Xanımlar taksiyə minməsin – Türkiyədə qadağa

6-01-2017, 19:03           
Xanımlar taksiyə minməsin – Türkiyədə qadağa
Qaziantep bələdiyyəsinin payladığı “Qadın və ailə xüsusiyyətləri” kitabı bölgə camaatı arasında birmənalı qarşılanmayıb. Axar.az xəbər verir ki, kitabda ailə və insanların yaşam tərzi ilə bağlı təəccüblü qadağalar əks olunub. Məsələn, kitabda qadının təkbaşına taksiyə minməsi məqbul sayılmır: “Bir xanımın məcbur omadıqda taksidən istifadə etməməsi ən yaxşı yoldur”.

Müəllifi Məhməd Paksu olan kitabda nişanlı şəxslərin bir-birinə toxunması da məqbul sayılmır. Bildirilir ki, onlar görüşəndə mütləq yanlarında üçüncü şəxs olmalıdır.

Televizorun narkotiklə müqayisə olunduğu kitabda TRT-nin də bu “narkotikin” bir parçası olduğu deyilib. Televizordan başqa jurnal, qəzet, futbol və lotereya da bu qəbildən hesab olunub.

Sözügedən kitab Şahinbəy bələdiyyə məclisində böyük fikir ayrılığına səbəb olub. CHP-çi bələdiyyə məclis üzvü Uğur Qalxan kitabın araşdırılmasını tələb edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru