Qar təmizləyəndə 120 minlik qızıl tapdı, sahibinə qaytardı - FOTO

8-01-2017, 19:11           
Qar təmizləyəndə 120 minlik qızıl tapdı, sahibinə qaytardı - FOTO
Türkiyədə 2 gündür ki, güclü qar yağır. Bəzi yerlərdə 1 metrdən artıq qar olduğu deyilir.

Qar bürümüş yolları isə təmizləmək bələdiyyə işçilərinə düşür.

Musavat.com xəbər verir ki, belə bir təmizlik zamanı maraqlı hadisə baş verib.

Belə ki, qar yağışı sonrası bağlanan yolu açmaq üçün iş aparan bələdiyyə işçisi 45 yaşlı Təkin Arslan, qutu içində 6 ədəd, hər biri 20 min türk lirəsi dəyərində qızıl bilərzik tapıb. Qızılların kimə aid olduğu aşkar edib və onları sahibinə verib.

Məlum olub ki, qızılların sahibi Mustafa Zengin adlı şəxsdir. O, evdəki qızılları satmaq üçün zərgərə aparıb. Amma intensiv qar yağışı səbəbi ilə zərgərlər qapalı olub və M.Zengin geri dönməli olub.

Zengin evə qayıdarkən qızılları cibindən düşürüb. Evə çatanda isə qızılları düşürdüyünün fərqinə varıb. Geri dönüb, hər yeri axtarıb, amma tapmayıb. Bu haqda polisə məlumat verən Zengin, kor-peşman evinə dönüb.

Qızıllarının tapıldığını eşidən Zengin onu tapan şəxsə təşəkkür edib. Xeyirxah əməlin sahibi olan bələdiyyədə fəhlə işləyən Təkin Arslan, "Tapdığım sandığı açanda qızılları gördüm. Polisə aparıb vəziyyəti izah etdim. Qızılların sahibini tapdılar, təslim etdim" deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru