Xarici İşlər Nazirliyinin 350 diplomatı işdən çıxarıldı
8-01-2017, 19:26
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu sensasion açıqlama verib. A24.Az xəbər verir ki, nazir FETO araşdırması çərçivəsində 350 diplomatın vəzifə səlahiyyətlərinə xitam verildiyini bildirib.
Nazir açıqlamasında belə deyib:
“16 iyul-7 noyabr 2016 tarixləri arasında vəzifədən uzaqlaşdırılmaqla barələrindəki araşdırmalar davam edən XİN diplomatları var. Qeyd edilən tarixlər arasında XİN-in 408 əməkdaşı dövlət işindən uzaqlaşdırılıb. Bu çərçivədə 350 diplomat ilə birlikdə 58 digər kateqoriyalı məmur da dövlətdə tutduqları vəzifələrdən uzaqlaşdırılıb. Bu müddət ərzində işdən çıxarılanların heç biri vəzifələrinə geri qaytarılmayıb”.