İstanbul metrosunda terror həyəcanı - FOTOLAR, VİDEO

11-01-2017, 23:05           
İstanbul metrosunda terror həyəcanı - FOTOLAR, VİDEO
Türkiyənin İstanbul şəhərində “Reina” gecə klubunda qətliam törədən terrorçunun metronun Bağcılar stansiyasında olduğu xəbəri polisi hərəkətə gətirib.

Ölkə.Az xəbər verir ki, 39 nəfərin öldüyü, 65 nəfərin yaralandığı terror aktını törədən Əbdülqədir Maşaripovun "Bağçılar" metro stansiyasında görünməsi barədə polisə məlumat daxil olub. Daxil olan məlumatdan sonra stansiya nəzarətə götürülüb. Stansiya ətrafında və içərisində axtarışlar davam etdirilir.

Şübhəli şəxsin başqa istiqamətə getməsi ehtimalı ilə əlaqədar olaraq ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd edək ki, Abdulqadir Maşaripov adlı terrorçunun gecə klubunda törətdiyi teraktda 39 nəfər həyatını itirib, 65 nəfər isə yaralanıb.
[media=https://www.youtube.com/watch?v=knRBMPIS-cY]

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru