Türkiyədə dollar və avronun məzənnəsi yeni tarixi rekorda çatıb

11-01-2017, 23:24           
Türkiyədə dollar və avronun məzənnəsi yeni tarixi rekorda çatıb
Türkiyədə ABŞ dollarının və avronun məzənnəsi tarixi rekord səviyyəyə yüksəlib.

"Report"un "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, birjalarda TRY/USD məzənnəsi 3,9070, TRY/EUR məzənnəsi isə 4,1083-ə çatıb.

Məzənnənin yüksəlməsinə səbəb Türkiyə Mərkəzi Bankının (TCMB) uçot dərəcəsini artıracağı ilə bağlı qərar qəbul etmək istəməməsidir. Belə ki, TCMB uçot dərəcəsinin artmasını iqtisadi artımı yavaşladacağını düşündüyünü dəfələrlə bəyan edib. İnvestorlar isə inflyasiya ilə uçot dərəcəsi arasında ciddi fərq əmələ gəldiyini səbəb gətirərək lirə aktivlərini sataraq xarici valyuta almağa başlayıb.

Qeyd edək ki, TCMB-nin növbəti iclası yanvarın 24-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru