''Gülənlə Ərdoğanın tapşırığı ilə görüşmüşəm'

12-01-2017, 17:23           
''Gülənlə Ərdoğanın tapşırığı ilə görüşmüşəm'
Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu bildirib ki, o, 2013-cü ildə FETÖ lideri Fəttüllah Gülənlə hazırki prezident Rəcəb Tayyib Ərdoğanın göstərişinə əsasən görüşüb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu keçmiş baş nazir haqqında səslənən FETÖ iddialarına aydınlıq gətirərkən deyib.

“2013-cü ildə BMT-nin Baş Assambleyasına gedərkən Rəcəb Tayyib Ərdoğanla Gülənin Türkiyəyə gətirilərək bizim nəzarətimiz altında olması qənaetinə gəlmişdik. Baş nazirin göstərişinə əsasən 2013-cü ilin sentyabr ayında Gülənlə görüşdüm. Bu görüş mənim şəxsi mənafeyimə bağlı deyildi”,-deyə Davudoğlu bildirib.

Ə.Davudoğlu, həmçinin 2015-ci ilin noyabrın 24-də Rusiya təyyarəsini vuran pilotun FETÖ üzvü olmadığını qeyd edib.

“Baş qərargah rəisi ilə görüşdə pilotun keçmişinin və əlaqələrinin araşdırıldığı, onun təşkilatla əlaqəsinə dair heç bir fakta rast gəlinmədiyi bildirilib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru