Erməni məhbus yazıçı Türkiyə həbsxanasındakı qaydadan şikayətləndi

13-01-2017, 16:39           
Erməni məhbus yazıçı Türkiyə həbsxanasındakı qaydadan şikayətləndi
Türkiyədə Nazirlər Kabineti həbsxanalarla bağlı yeni bir qanun qəbul edib.

Belə ki, 9 yanvar 2017-ci il tarixindən etibarən Türkiyədə həbsxanalara kənardan kitab gətirmək qadağan olunub. Qanunun əlavəsində isə bildirilib ki, "Quran" oxumaq istəyən məhbuslar istisna sayılacaq və onlara müvafiq icazə veriləcək.

Qeyd edək ki, bu haqda erməni əsilli türkiyəli yazıçı Sevan Nişanyan öz sosial şəbəkə hesabında məlumat yayıb. Artıq 3 ildir ki, məhbus həyatı yaşayan Nişanyan "qanunlara qarşı çıxmaq" ittihamı ilə 17 illik həbs cəzasına məruz qalıb. Buna baxmayaraq, o, vəkili vasitəsilə yazıçılıq və blogerlik fəaliyyətini davam etdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru