Çavuşoğlu ilə Yunker arasında pul mübahisəsi

13-01-2017, 20:12           

Cenevrədə keçirilən Kipr danışıqlarında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Avropa Komissiyasının sədri Jan-Klod Yunker arasında mübahisə yaşanıb.

Axar.az Sayprus-a istinadən xəbər verir ki, Kiprin müzakirəsinin yanvarın 18-də müavinlər səviyyəsində keçiriləcək işçi qrupunun iclasından sonra davam etdiriləcəyi qərara alınıb.

Konfrans zamanı Avropa Komissiyasının sədri Jan-Klod Yunker mikrofonun səsini artıraraq Çavuşoğluya deyib: “Pul lazım olanda bizi xatırlayarsınız”.

Çavuşoğlu isə cavabında, “Bu, qəbulolunmazdır. Suriyaya görə bizə vəd olunan 3 milyard avro hələ də ödənilməyib”, - deyib.

Qeyd edək ki, yanvar ayının 18-dək paralel olaraq türk və yunan icmaları arasında da danışıqlar davam etdiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru