Qacarlar sülaləsi yeni varisdən imtina etdi - FOTO - VİDEO

20-01-2017, 03:01           

Ağa Məhəmməd Şah Qacarın nəsli yeni varisini təyin etməmək qərarına gəlib.

Publika.az xəbər verir ki, bu barədə Qacar Assosiasiyasının rəhbəri Əmir Əli Fərman deyib.

Onun sözlərinə görə, 2011-ci ildə ailənin başçısı Sultan Əli Mirzə Qacar vəfat etdi:
“Bizim ailə ümumi razılığa gəldi ki, yeni varis təyin etməyək. Gələcəkdə varis Əhməd şah Qacarın nəsli arasından seçilə bilər. Lakin indi gündəlikdə belə məsələ yoxdur. Yeri gəlmişkən, Şah Əhməd Təbrizdə doğulub və Azərbaycan dilini mükəmməl bilirdi”.

Assosiasiyasının rəhbəri Qacarların varisliyinə iddia edən şəxslərin zaman-zaman peyda olmasına da münasibət bildirib:

“Biz bunu anlamırıq ki, bəzi insanlar niyə özlərini varis elan edirlər. Onilliklər boyunca biz zaman-zaman belə hadisələrlə qarşılaşdıq. Məsələn, Avstraliyadan bir nəfər bir neçə il öncə ortaya çıxdı və iddia etdi ki, Fəth Əli Qacarın nəslindəndir və bizim ailənin varisidir. Məhkəmə araşdırması nəticəsində onun yalan danışdığı müəyyən olundu və o, öz sözlərini geri götürdü. Fəth Əli Qacarın hazırda 12000 nəfərdən ibarət nəsli var və hər biri bir-biri ilə eyni hüquqa malikdir. Əhməd şah Qacarın isə cəmi 30 qanuni varisi var”.

Qacar şahın nəslinin davamçısı 2017-ci ildə Azərbaycanda bəzi tədqiqat mərkəzlərinin fəaliyyətinin maliyyələşdirilməsini planlaşdırdıqlarını bildirib:
“2017-ci ildə İranda və Azərbaycanda Qacarların saraylarının bərpasını həyata keçirəcəyik. Həmçinin, hər iki ölkədə Qacar tarixinin tədqiq olunmasına maliyyə ayıracağıq. Azərbaycanda da bəzi tədqiqat mərkəzlərini maliyyələşdirməyi planlaşdırırıq”.

[media=https://www.youtube.com/watch?v=bLWcb0lSPeI]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.