TBMM-də “saçyoldu”sunun sonu - PAVEYLƏ NAZLIAKA XƏSTƏXANALIQ OLDU

21-01-2017, 01:06           
TBMM-də “saçyoldu”sunun sonu - PAVEYLƏ NAZLIAKA XƏSTƏXANALIQ OLDU
Türkiyə Böyük Millət Məclisində (MM) Konstitusiya dəyişikliklərini nəzərdə tunan qanun layihəsinin müzakirəsi-səsverməsi (ikinci tur) yenə qalmaqlla nəticələnib.
Gununsesi.info-nun məlumatına görə, bu dəfə qalmaql iştirakçıları əsasən xanım millət vəkilləri olub.
Belə ki, ötən ilin mayında CHP-dən xaric edilən Aylin Nazliaka əlini TBMM kürsüsünə (tribunasına) qandallayıb və bu yolla Konstitusiya dəyişikliklərinə öz etirazını sərgiləyib.
Bu isə TBMM-də gərgin anlar yaşadıb.
AKP-li xanım millət vəkilləri onu bu fikrindən daşındırmağa çalışarkən də, tərəflər arasında gərginlik yaranıb və gərginlik sonda qalmaqala, “saçyoldu”suna çevrilib.
Bu zaman Nazlıakaya köməyə gələn CHP-li əlil millət vəkili Şəfəq Pavey fiziki təzyiqlərə, hücuma məruz qalıb.
Onun protezləri yararsız, tanınmaz hala salınıb, özü isə xətəxanaya yerləşdirilib.
teref.az qeyd edir ki, Şəfəq Paveyin bir tərəfində əli və ayağı protezdir.
Eyni zamanda, Nazlıaka da xəstəxanalıq olub.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.