İstambulda yerləşən əmniyyət binasına qumbaraatanla atəş açıldı VİDEO/FOTO
21-01-2017, 01:06
“Vatan caddəsi”ndə yerləşən İstanbul Əmniyyət müdürlüyü raketatandan atəşə tutulub. teref.az Türkiyə KİV-lərinə istinadən məlumat verir. Məlumatda vurğulanır ki, raketatandan atəş açılsa da, binadan yan keçərək həyətin divarına dəyib.
Türkiyə KİV-ləri xəbəri yayarkən onu da vurğulayıblar ki, “Reina” qətliamının törədicisi terrorist Abdulkadir Maşaripov hazırda Vatan caddəsində yerləşən həmin polis idarəsində sorğulanır.
Medianın yaydığı son xəbərə görə, terror hücumu zamanı ölən və yaralanan olmayıb. teref.az fotoya istinadən xəbər verir ki, bu bir dəfəlik RPQ-18 "Muxa" əl qumbaraatanıdır. Terorçu onunla atəş açandan sonra boş qabı ataraq qaçıb. teref.az [media=https://www.youtube.com/watch?v=FpTzDShkD1A]