Paytaxtda taksiyə silahlı hücum: ölən və yaralılar var - VİDEO

21-01-2017, 00:07           

Ankarada naməlum şəxslər bir taksidəki sərnişinlərə silahlı hücum ediblər. Silahlılar taksidə olan sərnişinlərdən bir nəfəri öldürüb, ikisini isə yaralayıblar.

Hadisə gecə 12 radələrində Mamakda meydana gəlib. Əldə edilən məlumatlara görə, yaralılar təcili tibbi yardımla Ankaranın müxtəlif xəstəxanalarına aparılıblar.

Polis qrupları avtomobilin ətrafını lent çəkərək bağlayıblar. İlkin araşdırma zamanı hücuma uğrayan avtomobilə 13 atəş açıldığı məlum olub.

Cinayətkarları tutmaq üçün geniş həcmli axtarışlara başlayn polislər ətrafdakı şübhəli avtomobillərdə axtarış aparıblar. Hadisə şahidlərinin xəbərinə əsasən, 06 DH 3479 nömrəli avtomobil saxlanılaraq axtarış edilib. Avtomobildə olan 2 şübhəli tutularaq nəzarətə götürülüb. Hücumu həyata keçirən digər 2 şübhəlinin tutulması üçün isə işlər davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru