Almaniya Öcalanın şəkillərini və PKK simvollarını qadağan etdi

10-03-2017, 23:34           
Almaniya Öcalanın şəkillərini və PKK simvollarını qadağan etdi
Almaniyada Federal Daxili İşlər Nazirliyinin Abdullah Öcalanın fotoşəkillərinin olduğu bayraq və loqoları qadağan etdiyi açıqlanıb. “Spiegel Online” qadağanın Federal Daxili İşlər Nazirliyinin 2 mart tarixində təhlükəsizlik şöbələri və əyalətlərə göndərdiyi beş səhifəlik təlimatda yer aldığını yazdı. Nazirlik tərəfindən göndərilən təlimatda sarı-yaşıl fon üzərindəki Öcalan fotoşəkillərinin Almaniyada qadağan olunmuş terror təşkilatına dəstək potensialı yaratdığına diqqət çəkilib, yasaqlanan simvol və loqoların siyahısı verilib. Bununla, Öcalanın posteri daxil olmaqla, PKK-nın istifadə etdiyi 33 simvola qadağan gətirildiyi bəyan olunub. Qadağan olunan simvollar arasında YPG-nin loqosu da var.

PKK Almaniyada 22 noyabr 1993-cü ildən terror təşkilatı olaraq qəbul edilir.

azadliq.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru