Niderlandın imtinasından sonra Türkiyə XİN rəhbərinin təyyarəsi Fransada eniş edib

12-03-2017, 10:15           
Niderlandın imtinasından sonra Türkiyə XİN rəhbərinin təyyarəsi Fransada eniş edib
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsi Niderland ərazisinə buraxılmadıqdan sonra Fransanın Mets şəhər aeroportunda eniş edib.
“Report” xəbər verir ki, bu barədə şənbə günü axşam AFP məlumat yayıb.
Çavuşoğlu Fransada türk assosiasiyasının dəvəti ilə mitinqdə çıxış edəcək.
"Görüş Mets şəhərinin konqres sarayında keçiriləcək. Zal yerli türk assosiasiyası tərəfindən icarəyə götürülüb, təhlükəsizliyə görə isə Mozelya prefekturası cavabdeh olacaq", - deyə Fransa hökumətinin nümayəndəsi bildirib.
Bundan əvvəl Türkiyə XİN rəhbərini aparan təyyarənin Hollandiyanın Rotterdam şəhərinə eniş etməsinə icazə verilməmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru