Almaniyanın bir qrup deputatı Türkiyəyə getməkdən imtina edib

24-05-2017, 08:20           
Almaniyanın bir qrup deputatı Türkiyəyə getməkdən imtina edib
Almaniya Bundestaqının bir qrup deputatı Türkiyəyə planlaşdırılan səfərdən imtina edib.
"Report" xəbər verir ki, bu barədə "Die Welt" nəşri yazıb.
Səfərin hansı səbəbdən təxirə salındığı açıqlanmır. Bundestaqın vitse-prezidenti Klaudia Rotun bunun səbəbini mayın 24-də açıqlayacağı gözlənilir.
Rot və daha üç deputat konstitusiya ilə bağlı keçirilən referendum və onun nəticələri, həmçinin Türkiyədəki daxili vəziyyət və ölkənin Avropa İttifaqı ilə münasibətlərini müzakirə etmək üçün Ankara, Diyarbəkir və İstanbula səfər etməli idilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru