Türkiyə həbs qərarı çıxardı, Şults ona mükafat verdi

24-05-2017, 10:40           
Türkiyə həbs qərarı çıxardı, Şults ona mükafat verdi
Türkiyədə haqqında həbs qərarı çıxarılan tanınmış jurnalist Can Dündara Almaniyada “Qustav Heinemann” mükafatı verilib.

Axar.az xəbər verir ki, Sosial Demokrat Partiyası (SDP) Ümumi Mərkəzində təşkil olunan mərasimdə Can Dündara “düşüncə azadlığı üçün göstərdiyi cəsarətə görə” mükafat təqdim edilib.

Mükafatı təqdim edən partiya lideri Martin Şults “Can Dündar mənim gözümdə bir qəhrəmandır”, - deyib.

Mükafatın 10 min avro dəyərində olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru