Türkiyədə Tailand konsulluğuna hücum olub. Trend bu barədə “Hurriyet” qəzetinə istinadən xəbər verir. Məlumatda deyilir ki, 200-dən çox insan konsulluğun İstanbuldakı binasına soxulub. Konsulluğa hücum edənlər Tailandda həbs olunan uyğur türklərin Çinə verilməsinə qarşı çıxan “Şərqi Türkistan Dərnəyi” təşkilatının üzvləridir. Hadisədə xəsarət alan olmayıb.