Qazaxıstan Türkiyə ilə viza rejimini ləğv edəcək
9-07-2015, 15:14
Qazaxıstan 2017-ci il yanvarın 1-dən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölklərinin, eləcə də Birləşmiş Ərəb Əmirliyi, Malayziya, Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq etməyi planlaşdırır.
"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin I müavini Rapil Joşıbay Astanada keçirdiyi brifinqdə deyib.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına aşağıdakı dövlətlər daxildir: ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belçika, Britaniya, Kanada, Çexiya Respublikası, Danimarka, Finlandiya, Fransa, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İtaliya, İsrail, Cənibi Koreya, lüksemburq, Meksika, Niderland, Yeni Zelandiya, Norveç, Polşa, Slovakiya, Sloveniya, Portuqaliya, İspaniya, İsveç, İsveçrə,Türkiyə, Çili, Estonya və Yaponiya.