" İqtisadi qərarları Ankarada, ictimai qərarları Afinada alınar..." Yunanbıstana qəribə təkjlif

10-07-2015, 10:46           
" İqtisadi qərarları Ankarada, ictimai qərarları Afinada alınar..." Yunanbıstana qəribə təkjlif
Çikaqo Universitetinin professoru Tom Qinzburq iqtisadi böhran vəziyyətində olan Yunanıstan üçün qəribə bir təklif irəli sürüb.

Anspress-in məlumatına görə, professor "Huffington Post" saytı üçün yazdığı məqalədə Yunanıstana Türkiyə lirəsinə keçməyi təklif edib. Tarixdə uzun illər boyu bu iki millətin eyni coğrafi ərazidə yaşadıqlarını yazan Qinzburq, 1821-ci ildə Yunanıstan müstəqilliyini əldə etdikdən sonra iki ölkə arasında 4 dəfə müharibə olduğunu xatırladıb.

Professor Yunanıstanın nicat yolunu avrodan imtina edərək lirəyə keçməkdə görür. Qinzburq türk lirəsinin avroya nisbətən daha stabil olduğunu bildirib.

Qinzburq hesab edir ki, belə bir bərabərlik yaradılarsa iki ölkənin iqtisadi qərarları Ankarada, ictimai qərarları Afinada alınaraq yaxşı bir federasiya yaradıla bilər.

Qeyd edək ki, ağır iqtisadi böhran vəziyyətində olan və gələcək taleyi Avrozonaya üzv olan ölkələrin rəhbərləri tərəfindən müzakirə olunan Yunanıstanın 4 günlük pulu qaldığı bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.