Azərbaycan şəhərinə hücum əməliyyatı təxirə salındı

12-07-2015, 19:00           

Mosul vilayət məclisinin sədr müavini Nurəddin Kaplan Mosul əməliyyatının payıza qədər təxirə salındığını açıqlayıb. Axar.az xəbər verir ki, sədr müavini bunu İraq hökumətinin tələbi ilə əlaqələndirib: “Mosul əməliyyatı payıza qaldı. Çünki mərkəzi İraq hökuməti hər fürsətdə “Ramadi İŞİD-dən təmizlənmədən Mosula giriş yox” deyir.
Ramadinin qurtarılması üçün hər şey hazırdır. Mosul əməliyyatı yaxın zamanda başlamayacaq. Ramadi əməliyyatından sonra ordunun toplanması və ciddi bir plan hazırlanması mütləq zaman alacaq. Ayrıca, Mosul əməliyyatı asan olmayacaq”. Xatırladaq ki, İraqın ikinci böyük şəhəri olan Mosul 2014-cü ilin iyununda İŞİD tərəfindən işğal olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.