Qadın onu fahişəliyə məcbur edən ərini belə öldürdü — FOTO
13-07-2015, 00:53
Bu dəfə arvad ərini öldürdü
Türkiyənin Adana şəhərində 28 yaşlı Çiləm Qarabulud əri Həsən Qarabuludu yataq otağında tapança ilə öldürüb. Gənc qadın ərini öldürməsinin səbəbini isə belə açıqlayıb:
"Son zamanlarda aramız çox pis idi. Hər gün evdə dava-dalaş olurdu. Ən sonda isə məni fahişəlik etmək üçün Antaliyaya aparmaq istədiyini söyləyəndə dözmədim. Yoldaşımın yastığın altında silah gizlətdiyini bilirdim. Ona fahişəlik etməyəcəyimi dedikdən sonra məni döyməyə başladı. Olayın şokunda olduğumdan silahı götürüb neçə güllə vurduğumu, ona dəyib-dəymədiyini belə bilmədim. O, yerə yıxıldıqdan sonra qorxub uşağımı da götürüb ailə dostumuzun evinə getdim. Dözməyərək Həsənin vəkilinə zəng edib, hadisəni danışıb təslim oldum".
Çiləm etdiyi hərəkətdən peşman olmadığını dilə gətirdi. Hətta o, məhkəməyə gedərkən jurnalistlərə "Namusum üçün öldürdüm. Həmişə qadınlar ölməyəcək ki, bir dəfə də kişilər ölsün"- deyərək kameralara pozalar verdi.//olke.az