Ərdoğan konqresdə İlham Əliyevə, görün, necə müraciət etdi – VİDEO

12-07-2017, 10:45           

Bildiyimiz kimi iyulun 9-da İstanbulda 22-ci Dünya Neft Konqresinin rəsmi açılışı olub. Açılışda iştirak etmək üçün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də Türkiyəyə səfər etmişdi.

“A24.az” bildirir ki, konqresin açılışında Türkiyə prezidenti Ərdoğan ilk çıxışını Azərbaycanla başlayıb:

“Azərbaycan neftinin Akdənizə çatdırılmasını təmin edən Bakı-Tiflis-Ceyhan boru xətti layihəsi ilə Azərbaycan təbii qazının ölkəmizə və Avropaya danışmasını gerçəkləşdirən Bakı-Tiflis-Əruzurum təbii qaz boru xətti layihəsini uğurla tamamladıq”.

Ərdoğan TANAP layihəsindən danışan zaman hər kəsin qarşısında İlham Əliyevə etdiyi müraciət də diqqətdən yayınmayıb:

“Yeni layihələrdən biri də cənub qaz dəhlizi TANAP-dır. Bu layihə ilə Türkiyəyə 6 milyard kub.metr, Avropaya isə 10 milyard kub.metr qaz daşınacaq. Bu mövzuda istər, dostum, hörmətli İlham Əliyevin, istərsə də layihədə yer alacaq digər ölkələrin və şirkətlərin qərarlarının tam olduqlarını görürük”.

“A24.az” Türkiyə mediasında yayımlanan həmin görüntüləri təqdim edir:

Ərdoğan Neft Konqresində çıxışına Azərbaycanla... by a24info-az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.