Türkiyə Rusiya silahını İrəvana sarı çevirəcək

14-07-2017, 09:43           

Türkiyə Rusiyadan aldığı S-400-ləri Ermənistan, yaxud Yunanıstan sərhədinə, eləcə də Egey dənizi sahillərinə yerləşdirə bilər.

Axar.az xəbər verir ki, bu sözləri “Blumberq” yazarı Selcan Hacaoğlu öz məqaləsində qeyd edib.

“Türkiyə daha əvvəl bu raket sistemlərini almağa hazır idi. Lakin NATO mövqeyi səbəbindən razılaşma həyata keçirilmirdi. Bundan əlavə, Vaşinqtonun təzyiqi nəticəsində Ankara Çin sistemlərindən də imtina etdi. NATO silahları ilə uyğunluq təşkil etməsə də, Türkiyə bu sistemləri ittifaqın məhdudiyyət tətbiq etdiyi Ermənistan sərhədinə, Yunanıstan və Egey sahillərinə yerləşdirə bilər. S-400-lər dost-düşmən tanımayacaq. Bütün hədəflətə qarşı istifadə edilə bilər”, - yazar bildirib.

Qeyd edək ki, Rusiya ilə Türkiyə 4 ədəd S-400ün satışı ilə bağlı 2.5 milyardlıq razılaşma əldə edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.