Rusiyadan itkin düşən ailə ilə bağlı Türkiyəyə tələb

14-07-2017, 09:49           

Rusiyanın Ankaradakı səfirliyi Türkiyədə itən rus ailəsi ilə bağlı səlahiyyətli orqanlardan məlumat tələb edib.

Axar.az xəbər verir ki, səfirliyin nümayəndəsi Aleksandr Leşukov açıqlamasında Rusiyanın Saratov vilayətinin sakinləri Svetlana Uhanova, yoldaşı Yevgeni Koçaari və qızlarının itkin düşdüyünü qohumları tərəfindən öyrəndiklərini bildirib.

"Səfirlik Türkiyənin səlahiyyətli qurumlarına müraciət edərək, adı keçən şəxslərin ölkə ərazisində olub-olmadığı barədə informasiyanın verilməsini istəyib. Deportasiya ediliblərsə də, məlumat istəmişik. Səfirlik məsələni nəzarətdə saxlamağa davam edir", - deyə Leşukov bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru