Müxalif deputat FETÖ-çülərin siyahısını prokurorluğa verdi

25-07-2017, 21:01           

Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) FETÖ-cü əsgərlər haqqında məlumatı dövlətə təqdim edib.

Cebhe.info türk mətbuatına istinadən xəbər verir ki, CHP-li millət vəkili Tuncay Özkan CHP sədri Kamal Kılıçdaroğlunun partiyanın qrup toplantısında bəhs etdiyi FETÖ-cü əsgərlər haqqında məlumat olan "flashcard"ı prokurorluğa verib.

Qeyd edək ki, CHP sədri Kamal Kılıçdaroğlu 2007-ci ildə Tuncay Özkana gələn bir diskdəki məlumatların Baş Qərargah və Hərbi Hava Qüvvələri Komandanlığına göndərildiyini, ancaq dosyenin Akın Öztürk tərəfindən bağlanıldığını demişdi. Kılıçdaroğlu Özkanın bu gün məlumatları prokurorluğa verəcəyini bildirmişdi. Bundan sonra Tuncay Özkan da "flashcard"ı prokurorluğa verdiyini sosial media hesabından elan edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.