“Moody’s” Türkiyənin iqtisadi artım proqnozunu kəskin artırdı

31-08-2017, 12:46           

“Moody’s” Beynəlxalq Reytinq Agentliyi Türkiyənin 2017-ci il üçün iqtisadi artım proqnozunu 2,6%-dən 3,7%-ə yüksəldib. “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Moody’s” agentliyinin icmal proqnozunda bildirilib. Hesabatda həmçinin qeyd olunub ki, Türkiyə iqtisadiyyatının 2018-ci ildə 2,9% deyil, 3,2% artacağı proqnozlaşdırılır.

Agentlik Türkiyənin 2016-cı ilin sonuncu rübündən iqtisadi artıma keçdiyini və bunun bu ilin ilk yarısında da davam etdiyini xatırladıb. Eksperlər proqnozun artırlmasına səbəb olaraq Rusiya və İsraildən gələn turistlərin sayının kəskin artması, iqtisadiyyatın stimullaşdırılmasının sürətlənməsi, vergi dərəcələrinin azaldılması, Avropa İttifaqına ixracın artması amillərini göstərirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru