İrandan Azərbaycana gələn turistlərin sayı 87% artıb- Baş konsulluq

2-09-2017, 19:58           

"İran vətəndaşları Azərbaycana getmək üçün vizanı artıq 3 saata əldə edə bilirlər".

Bu barədə APA-ya Azərbaycanın İran İslam Respublikasının Təbriz şəhərindəki Baş konsulluğundan məlumat verilib.

Bildirilib ki, əcnəbilər üçün "ASAN Viza" sisteminin tətbiqi dünyanın müxtəlif ölkələrindən Azərbaycana gəlmək istəyən turistlər üçün əlverişli şərait yaradıb: "Bu, həmçinin İrandan Azərbaycana gələn turistlərin sayına da müsbət təsir edib. Təsadüfi deyil ki, avqust ayında Azərbaycana gəlmək üçün təxminən 6000 İran vətəndaşı müraciət edib. Bu o deməkdir ki, son aylarda İran İslam Respublikasından Azərbaycana gələn turistlərin sayı 87% artıb".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru