Türkiyədən Bərzaninin geri çəkilməsi ilə bağlı ilk açıqlama: "Öz gələcəyi ilə bağlı qərarı özü verdi" - VİDEO

29-10-2017, 20:06           
Türkiyədən Bərzaninin geri çəkilməsi ilə bağlı ilk açıqlama: "Öz gələcəyi ilə bağlı qərarı özü verdi" - VİDEO
İraq Kürd Rəhbərliyi Başçısı Bərzaninin geri çəkilmə qərarı ilə bağlı danışan Türkiyənin xarici işlər naziri: "Öz gələcəyi ilə bağlı qərarı özü verdi" deyib.

Musavat.com xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu mövzu haqqında mətbuata geniş açıqlamalar verib.

Bərzaninin verdiyi qərarların bir çoxunun yanlış olduğunu deyən Çavuşoğlu keçirlən referendum haqqında da danışıb: "Bərzani vəzifə müddətini uzatmamaq qərarı haqqında, seçki qanunu parlamentə gətirməyərək böyük bir səhv etdi. Keçirdiyi referendumla kürd qardaşlarımızı birləşdirəcəyini sandı amma alınmadı. Orada bir çox Kürd partiyası bu referenduma qarşı idi. Lakin Bərzani heç kəsi dinləmədi. Öz gələcəyi ilə bağlı özü qərar verdi"

Qeyd edək ki, İraq Kürd Rəhbərliyi Başçısı Bərzaninin 1 dekabrda vaxti bitən idarəçiliyin müddətinin uzadılmasına qarşı etiraz etdiyi bildirilmişdi.

Bərzaninin baş məsləhətçisi tvitter hesabında onun bu qərara etiraz edərək, mövzu ilə bağlı İraq Kürd Rəhbərliyinin parlamentinə məktub göndərdiyini qeyd etmişdi.

Əlavə olaraq bildirək ki, Bərzani 7 iyunda bəzi siyasi partiyalarla görüşdən sonra 1 noyabrda həm deputat, həm də prezident seçkilərinin keçirilməsinə qərar verib, lakin İraq Kürd Rəhbərliyi İdarəçiliyi parlamenti ötən həftə keçirilən iclada səs çoxluğu ilə 8 aya qədər hər iki seçimi təxirə salmağı qərara aldı.
[media=https://www.youtube.com/watch?v=wHoWy0qlpwM#action=share]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.