Şizofreniya xəstəsindən DƏHŞƏTLİ ADDIM: Anasını vəhşicəsinə öldürüb, özünü asdı

30-10-2017, 08:45           

Türkiyədə dəhşətli haisə baş verib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, oğul 45 yaşlı anasını öldürdükdən sonra özünü asıb.

Belə ki, Dənizli bölgəsində şizofreniyadan əziyyət çəkən 25 yaşlı Abdullah Genişol ailə münaqişəsi zamanı anası ilə mübahisə edib. Qəzəblənən gənc mətbəxt bıçağı ilə anasını öldürüb. Onları ayırmaq istəyən 15 yaşlı qardaşına da xəsarət yetirib. Anasını qardaşının əlindən ala biməyəcəyini görən M.G eyvandan çölə qaçaraq qonşulardan kömək istəyib.

Qısa zamanda hadisə yerinə polis və təcili yardım gəlib. Qapını qıraraq içəri daxil olan polislər ananın artıq öldüyünü, Abdullahın isə digər otaqda asılmış cəsədini tapıblar.

Qeyd edək ki, A.Genişolun atası isə Antalyada işləyir.
[media=https://www.youtube.com/watch?v=mxBKUaNAo4Y]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.