Sabiq FETÖ üzvü polisdən sensasiyalı etiraflar – Gülənin təşkilatdakı kod adı açıqlandı

30-10-2017, 19:06           
Sabiq FETÖ üzvü polisdən sensasiyalı etiraflar – Gülənin təşkilatdakı kod adı açıqlandı
FETÖ üzvü sabiq polis Ali Fuat Altuntaş peşmanlıq qanunundan yararlanaraq sensasiyalı etiraflarla çıxış edib.
Avropa.info xəbər verir ki, Altuntaş təşkilat daxilində Fətullah Gülənin kod adının “dayı” işlənildiyini bildirib. O, FETÖ ilə ilk rabitəsinin polis məktəbində təhsil aldığı dövrlərdə başladığını bildirib.
İştirak etdiyi iclaslarda 20-25 polisin olduğunu, iclasda iştirak edən mülki şəxslərin isə real adlarını istifadə etmədiklərini bildirib. Həmin şəxslərin toplantıda Gülənin videolarını izlədiyini, iştirak edən hər kəsin telefonunun alındığını deyib.
Telefon toplanılması hadisəsindən sonra bir daha belə tədbirlərdə iştirak etmədiyini deyən Altuntaş iclasda iştirak edən polis həmkarı Z.E-nin “Fətullah Gülənin Çinə gedərək vəfat edəcəyini, məmurlardan himmət yığılması ilə bağlı təlimat verdiyini deyib. Ancaq öz himmət vermək tələbini rədd edib.
Eyni kamerada qaldığı həmkarının FETÖ lideri haqda “dayı” kod adı işlədərək danışdığını deyən Altuntaş Gülənin həbsxanada qalan şəbəkə üzvlərinin motivasiya olmaları üçün davamlı şəkildə yuxularını çatdırdığını bildirib. Bu vasitə ilə həbsdə olan FETÖ üzvlərinin təşkilatdan uzaqlaşmasının qarşısı alınır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.