Fatih Portağal yenə "qatıqladı"
4-11-2017, 09:47
Türkiyənin “FOX” televiziyasının xəbər proqramının aparıcısı Fatih Portağal öldürülən PKK terrorçularına “Allah rəhmət eləsin” deyərək böyük bir yalnışlığa yol verib. Əvvəlki proqramların birində “Türkiyə PKK-ya təşəkkür etməlidir” deyən aparıcının bu sözləri qardaş ölkədə etirazla qarşılanmışdı.
Moderator.az Türkiyənin "Milliyyət" qəzetinə istinadən bildirir ki, "FOX"-un xəbər aparıcısı Fatih Portağal dünən Türkiyənin Şəmdinli bölgəsinə terrorçuların hücumu nəticəsində şəhid olanlarla bağlı xəbəri təqdim edərkən öldürülən PKK-çılar üçün “Allah rəhmət eləsin” ifadəsini işlədib. Aparıcının bu hərəkəti Türkiyədə etiraza səbəb olub, sosial şəbəkələrdə Fatih Portağal sərt tənqid edilib.
O, bundan əvvəl canlı efirdə “Türkiyə PKK-ya təşəkkür etməlidir. PKK olmasaydı, Türkmənlər İŞİD tərəfindən öldürülərdi” deyərək böyük bir sakandala imza atmışdı.
Xatırladaq ki, Fatih Portağal Azərbaycan haqqında qərəzli məlumatlar yayan jurnalistlərdəndir. Onun ötən il “FOX” televiziyasında dövlət başçımız İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında hazırladığı sujetdən, söylədiyi qərəzli fikirlərdən sonra Azərbaycanda “FOX”-un yayımı dayandırılmışdı. Maraqlıdır ki, bu qədər qərəzli məlumatlar yayan, Türkiyə dövlətinin siyasətinə zidd informasiyalar verən, milli maraqları deyil, xarici maraqları müdafiə edən bu adam haqqında qardaş ölkədə hələ də lazımi ölçü götürülməyib.