İstanbul polisi Rövşən Lənkəranskinin qardaşına sui-qəsd ittihamı verəcək O HƏLƏ DƏ HƏBS ALTINDA

5-11-2017, 01:08           
İstanbul polisi Rövşən Lənkəranskinin qardaşına sui-qəsd ittihamı verəcək O HƏLƏ DƏ HƏBS ALTINDA
Öldürülmüş "qanuni oğru" Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev indiyə qədər İstanbulda həbs altındadır.

Virtualaz.org bildirir ki, onun azad olunması və tezliklə Azərbaycana deportasiya olunacağı haqda bəzi KİV-lərdə yayılmış informasiyalar öz təsdiqini tapmayıb.

Xatırladaq ki, Namiq Canıyev 2 noyabrda Türkiyə hüquq-mühafizə orqanları tərəfindən İstanbulun Bakır-keyi ərazindəkidə Ömür alış-veriş ticarət mərkəzində keçirilmiş xüsusi əməliyyatın gedişatında saxlanılıb. 11 nəfərdən ibarət qatillər qrupu, hansına ki, Namiq Canıyev də daxil idi, bir müddət əvvəl həbsdən azad olunmuş "qanuni oğru" Lotu Qulinin evinə hücum hazırlayıb. Qatillər Lotu Qulinin özü və bütün ətrafı ilə qurtarmağı planlaşdırıblarmış.

Bu hücumun dəqiq planlaşdırıldığını Namiq Canıyevin telefonunda aşkar edilmiş şəkillər də təsdiqləyir. Həmin şəkillərdə Lotu Qulinin evinin və oun ətraf ərazisinin tam və detallı sxemi göstərilib.

İstanbulun təhlükəsizlik polisi Namiq Canıyevin həbsi haqda qərar qəbul edib. Ehtimal ki, ona lotu Quliyə və onun ətrafına sui-qəsdin təşkili ilə bağlı ittihamlar veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru