Ərdoğanın nəhəng layihəsi almanları coşdurdu: Bu intihardır

5-11-2017, 11:57           

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında istehsalı başladılan yerli avtomobil həmləsi Almaniyanı narahat edib.

Axar.az xəbər verir ki, Almaniyanın "Die Veltt" nəşri Türkiyənin yerli avtomobil üçün xərcləyəcəyi pulun səmərə verməyəcəyini bildirib.

Alman mediası yazır ki, Türkiyə bu nəhəng layihənin altından çıxa bilməyəcək və bu bir intihar etməkdir: "Bu dərəcə müasir bir avtomobil istehsal etmək üçün ən azı yarım milyard avro investisiya lazımdır. Bu pula heyif olacaq, asanlıqla küçəyə atılacaq".

Qeyd edək ki, Ərdoğanın tələbi ilə hərəkətə keçən 5 firma ilə yerli avtomobil üçün ilk addım atılıb. Bu nəhəng layihə 2021-ci ildə yekunlaşacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.