Dustaq həbsxanadan qaçdı: Gizləndiyi evdə azərbaycanlı sevgilisiylə yaxalandı

5-11-2017, 13:32           

Həbsxanadan qaçan dustaq polis tərəfindən yaxalandı

Unikal.org-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Alaniya Polis İdarəsinin və İctimai Təhlükəsizlik Bürosunun birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində 2017-ci ildə adam öldürmədə təqsirləndirilən şəxs yaxalanıb.

38 yaşlı Hakan G. Adlı şəxs bir həftə bundan öncə cəza çəkdiyi həbsxanadan icazəli olaraq ayrılıb və sonradan cəza evinə qayıtmayıb. Onun həbsxanaya geri qayıtmaması hüquq-mühafizə orqanlarını hərəkətə keçirib və dustağın Alaniyanın Cikcilli məhəlləsində bir evdə gizləndiyi məlum olub.

Xüsusi əməliyyat nəticəsində həbsxanadan qaçan Hakan G. qaldığı evdə azərbaycanlı sevgilisiylə yaxalanaraq polis idarəsinə aparılıb. Evdə aparılan axtarış zamanı sənədsiz silah və 4 ədəd patron aşkarlanıb.

Saxlanılan azərbaycanlı qadın izahatı alındıqdan sonra sərbəst buraxılsa da sevgilisi Hakan yenidən cəza çəkdiyi həbsxanaya göndərilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.