Yuxudan oyanmayan 3 aylıq uşağın analiz cavabları hər kəsi şoka saldı

4-01-2018, 00:02           
Yuxudan oyanmayan 3 aylıq uşağın analiz cavabları hər kəsi şoka saldı
İzmirdə yuxudan oyanmayan üç aylıq uşağın sidiyindən narkotik maddə aşkar edilib.

Xəstəxanaya aparılaraq müayinə edilən 3 aylıq uşağın analiz cavabları hər kəsi şok edib. Körpənin sidiyində narkotik maddə ve antipsixotik dərman qalığına rast gəlinib. Uşağını əmizdirmədiyi məlum olan anasının tibb bacılarına "Uşağın ağzına bir şey sürtmüşəm" dediyi, ancaq o maddənin nə olduğunu açıqlamadığı üzə çıxıb.

Anada narkotik asılılığı olduğu iddia edilir. Bu problemlə bağlı 2 ildir müalicə almadığı deyilir.

Uşağın müalicəsi xəstəxanada davam edir. Xəstəxandan uşağa qida çox az verildiyindən normal çəkisindən çox aşağı olduğu və böyrəklərinin də sıradan çıxmaq üzrə olduğu deyilib.

Körpənin valideynləri istintaq qrupu tərəfindən dindirilir.Milli.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru