Türkiyədə Nazirlər Kabinetinin tərkibi dəyişdirilə bilər - 18 yeni nazir

4-01-2018, 11:09           
Türkiyədə Nazirlər Kabinetinin tərkibi dəyişdirilə bilər - 18 yeni nazir
Türkiyədə Nazirlər Kabinetinin tərkibi dəyişdirilə bilər. Trend-in məlumatına görə, yerli KİV-lərdə bunun yaxın zamanlarda baş verə biləcəyi barədə xəbər yayılıb.

Məlumata görə, Nazirlər Kibinetinə 18 yeni nazir daxil edilə bilər.

Türkiyə hökuməti hələ ki, bu xəbəri nə təkzib, nə də təsdiq edib.

Qeyd edək ki, daha öncə 2017-ci il iyulun 19-da yeni Nazirlər Kabineti formalaşdırılmışdı. Müdafiə naziri Fikri İşıq baş nazirin müavini təyin edilmişdi. Baş nazirin müavini Nurətdin Canikli isə müdafiə naziri olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru