Ququş İrandakı aksiyalara SƏSSİZ QALMADI: "..biz ölərik, öldürərik və intiqamızı alarıq." - VİDEO

4-01-2018, 11:44           

İranda keçirilən etiraz aksiyalarına tanınmış müğənni Ququş da səssiz qalmayıb.

Hurriyyet.org xəbər verir ki, əsən azərbaycanlı olan sənətçi aksiyalar zamanı gənc qızın baş örütüyünü açmasını və hakimiyyət əleyhdarlarını dəstəklədiyini gizlətməyib. O, bu yaxınlarda Hamburqda verdiyi konsertdə etirazlar barədə bunları deyib: “İrandan kənarda, başqa ölkədə yaşadığımız üçün iranlılara nüsxə yaza və yol göstərə bilmərik. Lakin biz ölərik, öldürərik və intiqamızı alarıq. Sizinlə olduğumu yadda çıxartmayın".

Qeyd edək ki, İranda dekabrın 28-də ölkənin əhali sayına görə ikinci böyük şəhəri olan Məşhəddə başladığı etiraz aksiyaları hazırda demək olar ki, bütün ölkəni bürüyüb. 25-dən çox şəhəri bürüyən aksiyalara Cənubi Azərbaycan şəhərləri də qoşulub.

Etiraz aksiyaları zamanı bahalaşmaya, Suriyadakı müharibəyə etiraz edilir, ali dini lider Xameneinin istefaya getməsi istənilir. Kütləvi etirazlar zamanı 450-dək insanın saxlandığı, 20-dək şəxsin öldüyü bildirilir.

Xatırladaq ki, 1979-cu ildə İranda baş verən islam inqilabından sonra əsl adı Faiqə Atəşin olan Ququşun həm müğənnilik, həm də aktrisalıq fəaliyyətinə qadağa qoyulmuşdu. Bu səbəbdən də o, 2000-ci ildə İrandan Amerikaya getmək məcburiyyətində qalıb.

O, 2009-cu ilin iyununda İranda keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq Nyu-Yorkda, BMT-nin mərkəzi qərargahı qarşısında təşkil olunan aclıq aksiyasına da qatılıb. Eyni zamanda həmin ilin 12 iyununda keçirilən seçkilər ərəfəsində İrandakı proseslərə də münasibət bildirib: “Mən son bir ayda İranda baş vermiş bütün acınacaqlı olayları izləmişəm. Aksiyalarda qətlə yetirilmiş, yaralanmış dinc vətəndaşların şəkillərini görəndə dəfələrlə ağlamışam”.
[media=https://www.youtube.com/watch?v=sOcg6FPM1HA]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.