7 yaşlı qızlar şort geyindiyi üçün telekanala 1 milyon cəzə kəsildi – VİDEO

4-01-2018, 16:21           
7 yaşlı qızlar şort geyindiyi üçün telekanala 1 milyon cəzə kəsildi – VİDEO
7 yaşlı qızlar şort geyindiyi üçün telekanala 1 milyon cəzə kəsildi – VİDEO
Türkiyə Televiziya Şurası (RTÜK) “Yetenek Sizsiniz” proqramında şort geyinən 7-11 yaş arasında olan uşaqlara görə, TV 8 kanalını cəzalandırıb.

Minval.İnfo xəbər verir ki, RTÜK kanalda uşaq və gənclərin fiziki, əxlaqı inkişafına zərər verəcək hərəkətlərə yol verildiyini iddia edib.

Bu səbəbdən kanala reklam gəlirinin yüzdə iki faizinə bərabər olan pul cəzası tətbiq edilib. Bu cəza təxmini olaraq bir milyon lirə dəyərindədir. Bu qərardan sonra RTÜK sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi tənqid edilib. İstifadəçilər balaca uşaqların geyimini əxlaqı dəyər kimi qiymətləndirənləri “ağılsız” adlandırıblar.

Qeyd edək ki, həmin görüntülər hakim partiya AKP-nin iclasında mövzuya çevrilmiş, kanal rəhbəri Acun Ilıcalı ciddi şəkildə tənqid olunmuşdu.
[media=https://www.youtube.com/watch?v=cqSTQGb6puA]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru