Ərdoğan ABŞ-ı Suriya kürdlərinə silah yardımı etdirməkdə günahlandırdı
6-01-2018, 00:06
Birləşmiş Ştatlar Suriya kürdlərinə (YPG) hərbi yardım göstərməyi davam etdirir. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Parisdə fransalı həmkarı Emmanuel Makron ilə keçirdiyi birgə mətbuat konfransında deyib. "Təəssüf ki, NATO üzrə dostumuz ABŞ hələ də, terrorçuları (YPG) silahla təchiz etməkdə davam edir. Bu, bizim narahatçılığımıza səbəb olur… Biz Suriyanın şimalında Aralıq dənizinə çıxışı olan terror dəhlizinin yaradılmasına imkan verməyəcəyik. Biz belə bir təhlükə yaranacağı təqdirdə əlimizdən gələni edəcəyik", — deyə Türkiyə prezidenti bildirib. O, həmçinin yenidən Bəşər Əsədin gələcək seçkilərdə iştirakına qarşı çıxıb. "Suriyaya demokratik seçkilər lazımdır. Türkiyə buna köməklik göstərməyə hazırdır", - deyə o əlavə edib.